Ölən erməni hərbçilərin yaxınları “Erablur”da hökumətin qoyduğu əklilləri dağıtdılar - VİDEO

 

Ermənistanda “Erablur” hərbi panteonundakı xatirə abidəsi önünə hökumət orqanlarının nümayəndələri tərəfindən qoyulmuş bütün əklilləri həlak olan hərbçilərin qohumları və valideynləri kənara atıblar.

Demokratikmusavat.com xəbər verir ki, ölən hərbçilərin yaxınları polisin hərbi panteonun ərazisindən valideynləri zorla çıxarmasına qəzəbləniblər. Polislər 30 nəfəri oradan çıxarıblar.

“Əgər bu əxlaqsızlar ölənlərin anaları ilə belə rəftar etməyə icazə verirlərsə, əklilləri də burada olmalı deyil. Onlar ən xəstə qadını da vurdular”, - deyə adamlardan biri qışqırır, ikincisi isə çələnglərdən bayraqları qoparır. Daha sonra qadınlardan biri əklilləri yararsız vəziyyətə salır.

Çərşənbə axşamı ölən hərbçilərin yaxınları baş nazir Nikol Paşinyanın Müstəqillik Günündə ənənəvi səfəri ilə əlaqədar ora daxil olmasına mane olmaq üçün bütün gecəni panteonda növbə çəkmək niyyətində olduqlarını bildiriblər. Valideynlərin qəzəbinə baş nazirin ikiüzlü və yersiz hesab etdikləri bəzi açıqlamaları səbəb olub.

 

0.15976405143738