2021-ci ildə Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın hazırda Azərbaycanın nəzarəti altında olan torpaqlara səfəri zamanı oranın korpus komandiri, polkovnik Geqam Martirosyan ilə görüşü bu günlərdə sosial şəbəkələrin Ermənistan kontentinin trendinə çevrilib.
Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bu mövzu erməni telekanalında yayımlanan “İcmal” verilişininin efirində müzakirə edilib.
“Zəngəzura müxalif qüvvə kimi gələn Sərkisyan erməni polkovnikə sual verir:
- Azərbaycan bu ərazidən yol çəkmək istəyir?
Polkovnik – Bəli.
- 10 kilometr, hə? Bu axı biabırçılıqdır... Bu əraziləri qorumağa gücünüz var?
Polkovnik - Əlbəttə var. Biz tam hazırıq. Çox güclü mövqelərimiz, strateji yüksəkliklərimiz var. Bura girmək üçün heç bir ordunun gücü yetməz!”
Ermənistan mətbuatının məlumatına görə, G.Martirosyan sentyabrın 12-də baş verən toqquşmalar zamanı tabeliyində olan 7 hərbçi ilə birlikdə silahını ataraq Azərbaycan Ordusunun qarşısından qaçıb.
Qeyd edək ki, Azərbaycan Ordusu Ermənistanın 12 sentyabrdakı təxribatına cavab olaraq ağır zərbə endirib və Ordumuz və əhali üçün təhlükə yaradan strateji yüksəkliklərdə möhkəmlənib.