ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana gözlənilən səfərlə bağlı xəbərləri təsdiqləyib və onun səfər planlarının ictimaiyyətə açıqlanmasından xəbərsiz olduğunu qeyd edib.
“Demokratikmusavat.com ” xəbər verir ki, o bu barədə jurnalistlər önündə çıxış edərkən bildirib.
"Bilmirdim ki, mənim səyahət planlarım artıq açıqlanıb. Sabah mən Ermənistana gedəcəyəm", - spiker cümə günü Berlində "Yeddilik Qrupu" ölkələrinin parlament rəhbərlərinin mətbuat konfransında bildirib.
Amerikanın “Politico” qəzeti daha əvvəl yazmışdı ki, Pelosi İrəvana dəstək göstərmək üçün gələn həftəsonu Ermənistana səfər edəcək.
Nəşrin məlumatına görə, o, Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də respublikanın digər rəsmiləri ilə görüşəcək.
Elvin