Hazırda Azərbaycan silahlı birləşmələrinin dəstələri Cermuk şəhərinin girişinin 4,5 kilometrliyində yerləşir.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi səfirlərlə görüşdə deyib.
Onun sözlərinə görə, Ermənistandakı akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri Cermukdadırlar.
“Azərbaycanlılar Yuxarı Zağalı və Şorja istiqamətində 1,5 km, İşxanasər istiqamətində isə 0,5 km irəliləyiblər. Azərbaycan eni 8,5 kilometr, içəri 7,5 kilometrə qədər daxil olub", - Baş Qərargah rəisi bildirib.
Mürtəza
Demokratikmusavat.com