Məmmədyarov So, Kasparov və Nepomnyaşşiyə qalib gəlib

 

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun iştirak etdiyi “Fişer şahmatı” turniri davam edir.

Demokratikmusavat.com azerisport.com-a istinadən xəbər verir ki, Uesli So, Layner Dominges, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı - ABŞ), Alireza Firuzca (Fransa), Petr Svidler, Yan Nepomnyaşşi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) da turnirdə iştirak edirlər.

Bu gün üç tur keçirilib.

So - Məmmədyarov - 0:1

Məmmədyarov - Kasparov 1:0

Nepomnyaşşi - Məmmədyarov 0:1

Turnir cədvəli: Məmmədyarov, Firuzca - 4,5; Nepomnyaşşi - 4; Nakamura, Aronyan, Karuana - hərəyə 3,5; So - 3; Dominges - 2; Svidler - 1,5; Kasparov – 0.

0.16689705848694