Blinken Paşinyanla telefonla danışıb

 

ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays açıqlama verib.

Prays telefon danışığının sentyabrın 15-də baş tutduğunu deyib.

“Dövlət katibi Azərbaycana və Ermənistana məsələnin sülh yolu ilə həllində yardım göstərməyə sadiq olduğunu bildirib”.

Telefon danışığında Entoni Blinken diplomatiyanın məsələnin həlli üçün yeganə yol olduğunu və bu məsələ ilə şəxsən məşğul olacağını deyib.

0.19000005722046