Estoniyadan Rusiyaya qarşı kritik qərar – Hazırlıq başladı

 

Estoniya hökuməti ölkə ərazisində NATO bölməsinin yerləşdirilməsi üçün vəsait ayırıb.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Estoniya Prezidenti Alar Karis açıqlama verib.

“Hökumət yeni hərbi potensialın sürətlə artırılması üçün əlavə maliyyə vəsaiti ayırıb. Məqsədimiz NATO bölməsinin yerləşdirilməsi üçün zəmin yaratmaqdır ki, bu da əməliyyatların aparılmasında Estoniya Müdafiə Qüvvələri ilə səmərəli qarşılıqlı fəaliyyətə imkan verəcək”, - prezident söyləyib.

O, həmçinin əlavə edib ki, NATO Estoniyanın müdafiəsinin təməl daşı olaraq qalır.

Karisin sözlərinə görə, Estoniya üçün mümkün silahlı toqquşma zamanı NATO qüvvələrinin ölkənin təhlükəsizliyini təmin etməyə dərhal hazır olmasını təşviq etmək çox vacibdir.

Estoniya hökuməti bundan əvvəl dəfələrlə NATO və ABŞ-ı Rusiya təhlükəsinə qarşı ölkəyə hərbi qüvvə göndərməyə çağırıb.

0.12559199333191