Hazırda Xankəndi şəhərində yaşayan ermənilər Ermənistan rəhbərliyinə qarşı etiraz aksiyası keçirir.
Demokratikmusavat.com xəbər verir ki, Qarabağ separatçılarının təzyiqlərinə baxmayaraq ermənilər aksiyanı davam etdirir.
Qeyd edək ki, bir neçə gündür Ermənistan parlamentinin binası önündə ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar keçirilir. Aksiya iştirakçıları Paşinyana qarşı impiçment prosedurunun başladılmasını tələb edirlər. Aksiyanın bu gün də davam etdirilməsi planlaşdırılıb.