İraqda avtobusda partlayış olub

 

İraqın Babil vilayətində sərnişin avtobusunda partlayış olub.

Demokratikmusavat.com xəbər verir ki, partlayış Babil əyalətinin Şmouli şəhərində yanacaqdoldurma məntəqəsində baş verib.

Avtobusda 30 sərnişin olub.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd partlayış nəticəsində 11 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını bildirib. Pirhüseyn Kolivənd ölən və yaralananlar arasında iranlıların da olduğunu açıqlayıb.

0.12056803703308