BMT: 6,4 milyon pakistanlının vəziyyəti ağırdır

 

6,4 milyon pakistanlı Pakistanda musson daşqınları səbəbiylə ağır vəziyyətdədir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının məlumatında deyilir.

"Ölkənin üçdə birinin su altında qaldığı bir vaxtda Pakistanda humanitar böhranın miqyası görünməmiş bir səviyyəyə çatıb” – məlumatda qeyd edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Pakistan nümayəndəsi Dr. Palitha Mahipala paytaxt İslamabadda mətbuata açıqlamasında 6,4 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğunu deyib.

UNICEF-in Pakistandakı nümayəndəsi Abdullah Fadil 18 minə yaxın məktəbin dağıdıldığını və minlərlə məktəbin bağlanmalı olduğunu açıqlayıb. Bildirilib ki, daşqın nəticəsində təhsil sistemi aldığı xəsarətlərlə yanaşı, səhiyyə sistemini də böyük təhlükələr gözləyir. Yardım agentlikləri vəba və ya malyariya kimi ölümcül yoluxucu xəstəliklərin artması barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, son həftələrdə mussonlar ölkənin bəzi əyalətlərində illik orta yağıntının beş qatından çox olub və iyun ayından bəri 1200-dən çox insan həyatını itirib. Həyatını itirənlərin 400-ə yaxınının uşaq olduğu bildirilib.

Billurə

 

0.74986004829407