Bu ölkədə 17 nəfəri ildırım vurub öldürdü

 

Hindistanın 6 bölgəsində təsirli olan leysan yağışlar və güclü külək həyatı iflic edib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Bihar ştatında son 24 saatda ildırım vurması nəticəsində 3-ü uşaq olmaqla azı 17 nəfər ölüb.
Həyatını itirənlərin əksəriyyətinin kənd təsərrüfatı işçiləri olduğu öyrənilib.

Meteorologiyadan verilən açıqlamada leysan yağışların yaxın günlərdə də davam edəcəyi bildirilib.
Bihar əyalətinin baş naziri Nitiş Kumar həyatını itirənlərin ailələrinə başsağlığı verib və kömək təklif etdiklərini açıqlayıb.

Kumar, yaxın günlərdə də davam edəcəyi gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar ictimaiyyəti diqqətli olmağa çağırıb.

Qeyd edək ki, iyun və iyul aylarında Bihar ştatında ildırım vurması nəticəsində 60-dan çox insan həlak olub.

Billurə

 

0.40099287033081