Ukrayna: Rusiya 24 saatda 350 əsgər itirib

 

Rusiya son sutkada 350 əsgərini itirib.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Ukrayna Baş qərargahı məlumat yayıb. Məlumatda  Ukraynadakı müharibədə rus ordusunun əsgər itkisinin 49 mini keçdiyi bildirilib.

Açıqlamada, Rusiya ordusunun son 24 saatda əksəriyyəti Donetsk və Krivorizkiy bölgələrində olmaqla 350 əsgər itirdiyi vurğulanıb.

Billurə

 

0.66257810592651