“Hamı vətəndaşı soyur, bunun nəticələri ağır olacaq” – Deputat xəbərdarlıq etdi

 

Ölkədə inflyasiya davam edir və bəzi işbazlar bunu fürsət kimi dəyərləndirməyə çalışır. Onlar dünyadakı bahalaşmanı əsas gətirərək, marektlərdə qiymətləri süni şəkildə qaldırırlar. Hazırda paytaxtın bir çox iri marketlərində eyni məhsulları fərqli qiymətə tapmaq olur. Lakin süni bahalaşmaya qarşı mübarizə qaneedici səviyyədə deyil. Bəs, hökumət niyə işbazlaqa qarşı tədbir görmür?

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Bakupost.az-a açıqlama verib.

O, marketlərdəki süni bahalaşmanı “özbaşınalıq” adlandırıb:

“İnhisarçılıq Azərbaycanda əsas problem olaraq qalmaqdadır. Burada ilk növbədə imtiyazlara baxmaq lazımdır. Bir marketin imtiyazı o birindən böyükdürsə, belə problemlər yaşanacaq.

Heç kim istəməz ki, qiyməti qaldırsın və müştərini qaçırsın. Marketlər məhsulları topdansatış şirkətlərdən alır. Həmin şirkətlər inhisarçı şirkətlərdir və hamısının arxasında kifayət qədər imtiyazlı insanlar durur. Belə bir vəziyyətdə marketlər aldığı qiymətin üstünə çox qoymurlar. Çünki ticarətin öz qaydaları var ki, 5-10%-dən artıq qiymət artımı olmaz.

Belə bir vəziyyətdə qiymət artımına nəzarət edilə bilməz. Çünki ortada korrupsiya var. Korrupsiyanın kökünü kəsmək üçün ciddi addımlar atılmalıdır. Lakin bu addımlar da lazımı səviyyədə deyil. Ona görə də hər kəsin istismar edəcəyi qüvvə Azərbaycan vətəndaşıdır”.

F.Mustafa bildirib ki, hökumətin antiinflyasiya tədbirləri indiki inflyasiya ilə adekvat deyil. Сiddi tədbirlər görülmədiyinə görə bazarda özbaşınalıq baş alıb gedir:

“Bu gün restoranlar, şadlıq evləri, marketlər və digərləri “vətəndaşı necə soyaq” deyə düşünür. Bu proses heç kim tərəfindən nəzərə alınmır. Çünki bunlara ya subsidiya, ya da işlərini yüngülləşdirmək üçün dəstək verməlidirlər ki, bunu vətəndaşın belinə yükləməsinlər. Amma bizdə əksinə, vətəndaşın soyulmasına şərait yaradılır.

Cərimələrdən tutmuş rüsumlara qədər hər şey vətəndaşın belindən çıxarılır. Bu da hədsiz yoxsullaşmaya gətirib çıxarır. Bunun ağır nəticələri özünü yaxın zamanda göstərəcək”.

"Demokratikmusavat.com"

0.1697108745575