Zelenski-Ərdoğan-Quttereş görüşündə şok anlar 

 

Zelenski tərcüməçiyə əsəbləşib, sözünü kəsib özü tərcüməçilik etdi.

Ukrayna prezidenti Zelenski prezident Ərdoğan və BMT-nin baş katibi Quterreşlə üçtərəfli sammitdə Ukrayna dilində danışarkən tərcüməçisinin cümlələrini qısaltmasına  və İngilis dilinə düzgün tərcümə etməməsinə qəzəblənib. Zelenski onun cümlələrini ingilis dilinə özü tərcümə edib.

Demokratikmusavat.com ” ndtv-yə istinadən xəbər verir ki, Zelenski  Lvovda  üçtərəfli görüşün yekunu olaraq  keçirilən mətbuat konfransında tərcüməçinin sözlərini ingilis dilinə düzgün tərcümə etməməsindən əsəbiləşib. Xalq arasında ukraynaca danışmağa üstünlük verdiyini bildirən Zelenski tərcüməçiyə üz tutaraq mənalı şəkildə dedi: Mən imkanlar pəncərəsini qeyd etdim.
Dedim ki, bunu həll etmək mümkün deyil, çünki Rusiya tərəfindən hər gün atəş altındayıq. Bir də “Slava Ukraini” (İngiliscə: Glory to Ukraine, türkcə: Yaşasın Ukrayna) dedim”.
Sonra tərcüməçi tez cavab verdi:  “Glory to Ukraine” Zahirən əsəbiləşən Zelenski “Çox sağ olun. Bu vacibdir” cavabını verib.

Ukraynanın suverenliyinin və müqavimətinin simvolu kimi tanınan “Yaşasın Ukrayna!” ifadəsi 2018-ci ildən Ukrayna Silahlı Qüvvələrinin rəsmi salamı kimi istifadə olunur. Salamlar “Qəhrəmanlara eşq olsun” sözləri  ilə müşayiət edilir.

Mürtəza
Demokratikmusavat.com

0.18804502487183