Ukraynalı səfir qızının Londonda təhsili üçün pul toplayır

 

Ukraynanın Avstraliyadakı səfiri Vasili Miroşniçenko sosial şəbəkə istifadəçilərinə qızının London Universitet Kollecində təhsili üçün vəsait toplamaq xahişi ilə müraciət edib.

Onun sözlərinə görə, qızı ailəsi ilə bir neçə ay Kanberrada keçirib və indi London Universitet Kollecində təhsil almaq üçün Londona gedir.

“Dostlar, lütfən, bizə qoşulun və onun Londondakı ilk ili üçün vəsait toplamaqda kömək edin”.

Diplomatın qızına təhsilinin ilk ili üçün 30 min funt sterlinq (36 400 dollar - Red) lazımdır. Bu günə qədər bu məbləğin 3 000 funt sterlinqi toplanıb.

Demokratikmusavat.com

0.33000111579895