“Ən təhlükəli ssenari” açıqlandı: Tarix verildi, xəbərdarlıq olundu  

 

Dünyada cəmi 5 ədəd olan “Abdülhamid Han” gəmisinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Şərqi Aralıq dənizinə doğru yola düşməsinin əks-sədaları gəlməkdə davam edir. Yunan mətbuatı tarix verərək “ən təhlükəli ssenarini” açıqlayıb…

Türkiyənin "Abdülhamid Han" qazma gəmisi avqustun 9-da öz işinə başlayıb.
Gəminin marşrutunun açıqlanmasına baxmayaraq, yunan mətbuatı günlərdir ki, ehtimal edilən bütün ssenariləri gündəmə gətirir.

Demokratikmusavat.com musavat.com-a istinadən xəbər verir ki, qazma gəmisinin işi ilə bağlı daha əvvəl 3 fərqli versiya irəli sürən mətbuat bu gün dördüncü və ən təhlükəli ssenarini açıqlayıb.

327331

“Ta Nea” qəzeti sabah - avqustun 15-də Afinada vəziyyətin gərginləşəcəyindən narahat olduqlarını yazıb.

Məqalədə iddia olunub ki, Türkiyə FETÖ terror təşkilatının üzvləri və PKK-çıların qaçış yolu olan Evros, həmçinin ona yaxın adalar üzərində də hərəkətə keçəcək.

“Abdülhamid Han” gəmisi indiyədək heç bir narahatlıq doğurmayan ərazilərdə fəaliyyət göstərsə də, Milli Müdafiə Nazirliyinin rəsmiləri dördüncü ssenarinin reallaşacağından ehtiyat edirlər” - qəzet yazır.

Xəbərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) də belə bir ssenariyə qarşı həyəcan təbili çaldığı iddia edilib.

Yunan mətbuatının günlərlə işıqlandırdığı digər 3 ssenari isə belədir:

327330

1. Gəminin Şimali Kipr Türk Respublikasının (KKTC) kontinental şelfində işləməsi;

2. Gəminin adanın cənub-qərbində işləməsi;

3. Gəminin Rodosun cənubunda fəaliyyət göstərməsi.

Qeyd edək ki, 12 min 200 metrədək qazma işini həyata keçirə bilən və təbii qaz axtarışı ilə məşğul olan “Abdülhamid Han” gəmisinin uzunluğu 238, eni 42, hündürlüyü isə 112 metrdir. 200 nəfərlik heyəti olan, 9 mərtəbəli gəminin helikopter meydançası var. Gəmi üstün texnologiya baxımından dünyada nadir qazma gəmiləri sırasındadır.

0.19454097747803