Qarabağ komitəsi növbəti iclasını keçirib - FOTO

 

Qarabağ Komitəsi İdarə Heyəti avqustun 12-də növbəti toplantı keçirib.

Yığıncaq iştirakçıları son həftə ərzində Qarabağda və ətrafında baş vermiş beynəlxalq siyasi prosesləri, regionda yaranmış hərbi durumu, Azərbaycan, Ermənistan və Rusiya arasında 10. 11. 2020 - ci il tarixdə imzalanmış Bəyanatın tələbini yerinə yetirməyi üzərinə götürmüş, lakin öhdəliyi yerinə yetirməyən Rusiya sülhməramlılarının erməni quldur silahlı dəstələrinin Azərbaycan torpağında ölkəmizə qarşı pozuculuq işlərini davam etdirməsinə şərait yaratdığını, Azərbaycan rəhbərliyinin Rusiya sülhməramlılarının pozuculuq hərəkətinə adekvat cavab verməməsini, ordumuzun antiterror əməliyyatını dayandırılmasını, əhalinin məskunlaşması və minatəmizləmə prosesinin gecikdirilməsini ciddi tənqid etmiş və aşağıdakı işləri gecikmədən görməyi hökumətdən tələb edir:

- Azərbaycan torpağında müvəqqəti yerləşmiş Rusiya sülhməramlı həbçilərin Qarabağdan çıxmasını və ərazini erməni silahlı quldur dəstələrindən təmizləmək, erməni-rus birləşməsinin nəzarətində olan torpaqlarımız üzərində dövlətimizin suverenliyini tam təmin etmək üçün antiterror əməliyyatını fasiləsiz davam etdirməyi;

- İşğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Şuşa rayonu və Xankəndində yaşamış azərbaycanlı icmalarının tezliklə məskunlaşmasını, Laçın şəhərini və Qarabağla Ermınistanı birləşdirən yeni çəkilmiş yol ətrafındakı 5 kəndin, Naxçıvanın, Ağdamın və Qazaxın işğalda olan kəndlərinin azad olunmasını və həmin ərazilərdə əhalinin məskunlaşmanı təmin etməyi;

- Laçın dəhlizini Azərbaycanın tamamilə nəzarətə götürməsini, orada sərhəd-gömrük məntəqəsi qurulmasını, nəzarət-buraxılış məntəqəsindən keçən bütün yüklərin nəzarətə götürülməsini, xüsusən erməniləri siah-sursatla təmin edən İran və digər ölkələrdən Qarabağa gələn yüklərin yoxlanışını təmin etməyi;

- Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə planlanan qarşıdakı Brüssel görüşündə ATƏT Minsk Qrupunun yenidən fəaliyyətə başlaması ilə bağlı hər hansı xırda təklifi belə, Azərbaycanın qəbul etməməsini;

- İranın yüksək vəzifəli şəxslərinin Zəngəzur dəhlizinin açılmasına razılıq verməyən Ermənistanın göstərdiyi müqavimətə dəstək verdiyini və Qərbi Zəngəzurda İran dövlətinin konsulluğunu açmağa təşəbbüs göstərdiyini və beləliklə, İranın düşmən mövqeyini müdafiə etdiyini nəzərə almağı tələb edir.

Qrabağ Komitəsi Ermənistan və Azərbaycan arasında sülh prosesinin nizamlanmasını və regionda sabitliyin bərpasını pozmaq istiqamətində Ermənistan revanşist qüvvələrinin pozuculuq hərəkətlərini davam etdirdiyini, erməni hərbiçilərinin Azərbaycan ərazilərini mütəmadi atəşə tutması nəticəsində əsgər və zabitlərimizin şəhid olduğunu bir daha Azərbaycan rəhbərliyinə xatırladır və vasitəçilərin iştirakı ilə keçən nəticəsiz danışıqlara son qoymağı hökumətdən tələb edir.

Mətbuat xidməti

Demokratikmusavat.com

0.21747803688049