Paralel.az " xəbər veri ..."> Paralel.az " xəbər veri ...">

Çin lideri Səudiyyəyə gedir: Ər-Riyad ABŞ-dan üz çevirir?

 

Gələn həftə Çin lideri Si Szinpinin Səudiyyə Ərəbistanına səfəri baş tuta bilər.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Çin lideri üçün Səudiyyədə möhtəşəm qarşılanma mərasiminin təşkil olunması planlaşdırılır.

“Halbuki ABŞ Prezidenti Co Baydenin iyunda Səudiyyəyə səfəri zamanı belə qarşılanma mərasimi təşkil olunmamışdı. ABŞ prezidentinin Səudiyyə Ərəbistanındakı bu cür qəbulu iki ölkə arasındakı gərgin münasibətləri və Baydenlə Səudiyyə şahzadəsi Məhəmməd bin Salman arasında şəxsi ədavəti əks etdirirdi. Pekin və Ər-Riyad arasındakı əlaqələri gücləndirmək və Çinin Səudiyyə Ərəbistanının müttəfiqi kimi imicini gücləndirmək üçün Si Szinpin isti qarşılanacaq”, - nəşr bildirib.(Axar.az)

0.34862399101257