Ərdoğan Paşinyanla telefonla danışdı: "Azərbaycan torpaqlarının azad olunması..."

 

Qurban bayramında Ermənistan naş naziri Nikol Paşinyanla çox konstruktiv telefon danışığı apardıq.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında bildirib.

"Ermənistanın prosesləri doğru qiymətləndirərək Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin sabitliyə qovuşacağına inanıram", deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidento qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğal və soyqırımı siyasəti qarşısında beynəlxalq ictimaiyyət heç bir addım atmayıb.

"Döyüş meydanında güclü olmadan, danışıqlar masası arxasında nəyəsə nail olmağın çətinliyi ortadadır. Azərbaycan torpaqlarının işğaldan azad olunması bunun bariz nümunəsidir", deyə Ərdoğan bildirib.

0.21224784851074