Bakıda kişini bel ilə döyərək öldürən şəxsə hökm oxunub

 

Bakıda adam öldürməkdə təqsirləndirilən Əbülfərz Məhərrəmova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Ramil Atakişiyev övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. Onu Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında keçmiş həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı Əbülfərz Məhərrəmov qarşılayıb. Həmin şəxs R.Atakişiyevi bel ilə döyərək ona ağır xəsarətlər yetirib. Həmin şəxs 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq R.Atakişiyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Ə.Məhərrəmov saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (Qəsdən sağlamlığa zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.

0.21937704086304