Azad edilən ərazilərdə daha 236 mina aşkarlanıb

 

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan "Demokratikmusavat.com -a verilən məlumata görə, avqustun 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 204, tank əleyhinə 32 mina və 29 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 697 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

0.22798013687134