Baydendən Rusiyanı terrorizmə sponsorluq edən ölkə kimi tanıması tələb olunur

 

ABŞ senatorları Lindsey Qraham (Respublikaçı) və Riçard Blumental (Demokrat) Co Bayden administrasiyasını Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq onu terrorizmi maliyyələşdirən ölkə kimi tanımağa çağırıblar. 

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə senatorlar CNN telekanalında çıxışı zamanı deyiblər.

Onlar qeyd ediblər ki, Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınması ya Prezident, ya da Konqres tərəfindən həyata keçirilməlidir. Hər iki senator deyib ki, Bayden Putinə təzyiqi artırmalı və davam edən işğal fonunda Ukraynaya kömək etməyə davam etməlidir.

“Ümid edirəm ki, Prezident könüllü olaraq bu işi görməyə qərar verəcək və terroru maliyyələşdirən dövlətə münasibət dəyişməz olaraq qalacaq”, - Blumental deyib.

Lindsey Qraham Bayden administrasiyasını Rusiyanı terrorizmin maliyyəçisi kimi tanımaq üçün Konqreslə işləməyə çağırıb. 

Onu da qeyd edək ki, iyulun 21-də Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ dövlət katibi Entoni Blinkendən Rusiyanı terrorizmin himayədarı kimi tanımasını tələb edib, əks halda Konqresin özü belə bir qərar verəcək.

İyulun 27-də ABŞ Senatı Dövlət Departamentini Rusiyanı terrorizmin dövlət himayədarı kimi tanımağa çağıran qətnaməni yekdilliklə qəbul edib. 

Prezident qətnaməni yekdilliklə təsdiqləyən ABŞ senatorlarına təşəkkür edib. Dövlət başçısı vurğulayıb ki, dünyada Rusiyadan artıq heç kim terrora sərmayə qoymur və buna hüquqi cavab verilməməsi üçün heç bir rasional səbəb yoxdur.

Mürtəza
Demokratikmusavat.com

0.27434301376343