Erməni alim Azərbaycanı atom bombası ilə hədələdi: “Atarıq, hər yer dağılar” - VİDEO

 

“Bizdə yeni texnologiya, raket daşıyan vasitələr var. Bütün dünyada bizim dahi fiziklərimiz çalışır”.

"Demokratikmusavat.com" xəbər verir ki, bu fikirləri tarix elmləri namizədi, qafqazşünas Qriqori Ayvazyan “Noyan Tapan” telekanalının rus xidmətinin “Açıq mətnlə” proqramında aparıcı Qayane Arakelyana müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, erməni alimlər arasında Nobel mükafatı alanlar da mövcuddur:

“Elə onlarsız da atom bombası yarada bilərik. Onsuz da indi bizə seçim qoymayıblar. Bir atom bombasını atarıq hər yer dağılar”.

O, fikrini Azərbaycanca tamamlayıb: “Tapdı getdi”.Bizimmedia

0.19306898117065