Xeyli sayda rus generalı vəzifəsini itirib – ISW (SƏBƏB)

 

Rusiya ordusunun rəhbərliyi əhəmiyyətli dəyişikliklərə məruz qalmaqda davam edir ki, bu da rusların Ukraynadakı qüvvələrə komandanlıq və nəzarət etmək səylərinə təsir edə bilər.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir. 

Böyük Britaniya Müdafiə Departamenti ISW-nin əvvəlki rəqəmlərini təsdiqləyib ki, fevral ayında yenidən işğalın başlamasından bəri ən azı altı rus komandiri vəzifəsindən qovulub.

Onların arasında Şərq Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Çayko, Qərb Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Juravlev də var.

Britaniya Müdafiə Nazirliyi əlavə edir ki, aprel ayından Ukraynada Rusiya ordusuna komandanlıq edən general Aleksandr Dvornikov sıradan çıxarılıb və ordu generalı Sergey Surovikin Ukraynada qoşunların “cənub qruplaşması”nı öz üzərinə götürüb.

Böyük Britaniyanın Müdafiə Nazirliyi belə qənaətə gəlib ki, Rusiya komandanlıq strukturunda ahəngdarlığın olmaması və döyüş meydanında hərbi rəhbərliyin itirilməsinin davam etməsi, komandanlıq və nəzarətə, eləcə də Ukraynadakı əməliyyatların ümumi effektivliyinə mane olur.

Mürtəza
Demokratikmusavat.com

0.23769807815552