Rusiyanın nüvə terroru daha qətiyyətli cavab tələb edir - Zelenski

 

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Şurasının sədri Şarl Mişelə döyüş meydanında, xüsusən də Zaporojye AES-dəki vəziyyət barədə məlumat verib.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı tviter səhifəsində yazıb.

“Mən Şarl Mişellə danışdım, döyüş meydanındakı vəziyyət, xüsusən də Zaporojye AES-dəki vəziyyət barədə məlumat verdim. Rusiya nüvə terroru beynəlxalq ictimaiyyətdən daha qətiyyətli cavab tələb edir - Rusiyanın nüvə sənayesi və nüvə yanacağına qarşı sanksiyalar”, - Zelenski bildirib.

Onun sözlərinə görə, söhbət zamanı dəniz yolu ilə taxıl ixracına başlanması da müsbət qiymətləndirilib. Bundan əlavə, Krım Platforması sammitinə hazırlıq və digər tədbirlər koordinasiya edilib.

Eyni zamanda, Zelenski Ukrayna üçün makromaliyyə yardımı paketinin ən qısa müddətdə açılmasının vacibliyini vurğulayıb.

0.19318604469299