Əli İnsanovun qardaşı oğlu Mehman İnsanov türk iş adamına külli miqdarda pul atıb-İDDİA- VİDEO

 

 

Keçmiş səhiyyə naziri, uzun müddət məhbus həyatı yaşayan Əli İnsanov həbsxanadan çıxan kimi od püskürməyə başladı və qısa müddət sonra özünün sədr olduğu HAQQ və ƏDALƏT partiyasını yaratdı. Çoxdan “sroku” keçmiş cəbhəçiləri başına yığaraq çayxana aşığı kimi haqdan-ədalətdən danışır. Görəsən, Əli doxtura bir sual verən yoxdur ki, nazir olduğun zaman nə qədər xəstəxananın ərazisi yüz minlərə satıldı, qaçqınlar üçün beynəlxalq təşkilatların humanitar yardım kimi göndərdiyi dərmanları satıb cibinə qoyurdun. Bəs o zaman niyə haqq və ədalaətdən danışmırdın ? İndi deyəcəksən ki, onlar keçmişdə qalıb. Əli doxtur biri sənin kimi Həccə gedib qayıdır, dindən, imandan basıb bağlayır. Bir nəfər deyir ki, Hacı, 2 əvvəl sənin bağında işlədim pulumu vermədin, indi Hacı olmusan, pulumu ver. Hacı deyir, o pul Həccdən qabaq olub, o hesaba daxil olmur. İndi sən Əli doxtur 90-cı illərdə nə qədər sərvət mənimsəmisən. Yaxşı bunu yazdıq həmin dövrün ayağına. Ayy, doktur, qardaşın oğlu İnsanov Mehman Lətif oğluna denən ki, türk iş adamı Yağçı Yavuz Cabbar oğluna atdığı 100 minləri qaytarsın. Məlumat üçün qeyd edək ki, 1968-ci ildə Ermənistanın Noyemberyan rayonunda anadan olmuş Mehman İnsanov qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurub. Sadəcə, sabiq Baş prokurir Zakir Qaralov İnsanovu müdafiə etdiyi üçün uzun müddət cəzasız qalıb. 
"GÜNDƏLİK BAKI"nın ARAŞDİRMA QRUPU(gundelik-baku.com)[leech=Naxçıvan Gömrük Laboratoriyası necə quruldu Məlumat üçün qeyd edək ki, Naxçıvanda Gömrük Ekspertizası İdarəsi və gömrük laboratoriyası 2012-ci ildə qurulmuş, həmin ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri zamanı istifadəyə verilmişdir. Dünyanın nüfuzlu firmalarının istehsalı olan cihazların quraşdırıldığı sınaq laboratoriyası yüksək ixtisaslı kadrlarla təmin olunmuşdur. Naxçıvan Gömrük Ekspertizası İdarəsi 2015-ci ilin yanvar ayından rəsmi status alaraq öz fəaliyyətini daha da genişləndirmişdir. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, Naxçıvan Gömrük laboratoriyası qurulanda “Broker” MMC-nin sahibi Əbülfəz Məlikovun “LEGENDA” firması Avropa və Türkiyə şirkətləri ilə müqavilə əsasında cihaz və avadanlıqları Naxçıvana göndərib. İnvoys olmadan mallar Naxçıvanda “Legenda”nın adına rəsmləşdirilib. Cihaz və avadanlıqların rəsmləşdirilməsinin bir qismini, gömrük məmuru Təmkin Xəlilov öz otağında ödəyib. Qalan 30 faiz məbləği isə vermir. Zərərçəkən tərəf redaksiyamıza bildirib ki, neçə vaxtdır Təmkin Xəlilov və Əbülfəz Məlikov bizdən qaçır, telefona da cavab vermir. Əbülfəz Məlikovun “Legenda” firması da ortada yoxdur. Əslində “Legenda” firması müqavilə üzrə ödəniş etməyib. Və zərərçəkən tərəf gözləyir ki, görən Səfər Mehdiyev, Təmkin Xəlilov, Əbülfəz Məlikov, İqbal Babayev və Legenda-nın Namiq adlı nümayəndəsi nə vaxt problemi həll edəcəklər ? Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət İsa oğlu Həbibbəyli zərərçəkənlərə deyib ki, avadanlıqlar alınıb, amma pul məsələsinə mən baxmıram, pul məsələsini Baki ilə həll edin. 2016-cı ildə DGK sədri Aydın Əliyev və Səfər Mehdiyevə ünvanlanan müraciətdə qeyd olunur ki, müqavilə üzrə 1 milyon avroluq avadanlıq gətirilib, ancaq bugünədək 420 min avro ödənilməyib. Bu işləri əsasən Əbüifəz Məlikov icra edib. Və Təmkin Xəlilov, İqbal Babayev, Tahir, Namiq videokonfransda şirkətin bu pulu almadığını təsdiq ediblər. Əlimizdə dəqiq sənədlər var və zərərçəkən tərəf Budapeştdə konfrans keçirən kimi başverənləri mediada işıqlandıracağıq. Bizi izləyin. ''GÜNDƏLİK BAKI'nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)]Naxçıvan Gömrük Laboratoriyası necə quruldu Məlumat üçün qeyd edək ki, Naxçıvanda Gömrük Ekspertizası İdarəsi və gömrük laboratoriyası 2012-ci ildə qurulmuş, həmin ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri zamanı istifadəyə verilmişdir. Dünyanın nüfuzlu firmalarının istehsalı olan cihazların quraşdırıldığı sınaq laboratoriyası yüksək ixtisaslı kadrlarla təmin olunmuşdur. Naxçıvan Gömrük Ekspertizası İdarəsi 2015-ci ilin yanvar ayından rəsmi status alaraq öz fəaliyyətini daha da genişləndirmişdir. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, Naxçıvan Gömrük laboratoriyası qurulanda “Broker” MMC-nin sahibi Əbülfəz Məlikovun “LEGENDA” firması Avropa və Türkiyə şirkətləri ilə müqavilə əsasında cihaz və avadanlıqları Naxçıvana göndərib. İnvoys olmadan mallar Naxçıvanda “Legenda”nın adına rəsmləşdirilib. Cihaz və avadanlıqların rəsmləşdirilməsinin bir qismini, gömrük məmuru Təmkin Xəlilov öz otağında ödəyib. Qalan 30 faiz məbləği isə vermir. Zərərçəkən tərəf redaksiyamıza bildirib ki, neçə vaxtdır Təmkin Xəlilov və Əbülfəz Məlikov bizdən qaçır, telefona da cavab vermir. Əbülfəz Məlikovun “Legenda” firması da ortada yoxdur. Əslində “Legenda” firması müqavilə üzrə ödəniş etməyib. Və zərərçəkən tərəf gözləyir ki, görən Səfər Mehdiyev, Təmkin Xəlilov, Əbülfəz Məlikov, İqbal Babayev və Legenda-nın Namiq adlı nümayəndəsi nə vaxt problemi həll edəcəklər ? Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət İsa oğlu Həbibbəyli zərərçəkənlərə deyib ki, avadanlıqlar alınıb, amma pul məsələsinə mən baxmıram, pul məsələsini Baki ilə həll edin. 2016-cı ildə DGK sədri Aydın Əliyev və Səfər Mehdiyevə ünvanlanan müraciətdə qeyd olunur ki, müqavilə üzrə 1 milyon avroluq avadanlıq gətirilib, ancaq bugünədək 420 min avro ödənilməyib. Bu işləri əsasən Əbüifəz Məlikov icra edib. Və Təmkin Xəlilov, İqbal Babayev, Tahir, Namiq videokonfransda şirkətin bu pulu almadığını təsdiq ediblər. Əlimizdə dəqiq sənədlər var və zərərçəkən tərəf Budapeştdə konfrans keçirən kimi başverənləri mediada işıqlandıracağıq. Bizi izləyin. 
 
0.21776485443115