PUTİN ALİMLƏRİN HƏBSİNƏ BAŞLADI... - Daha bir məşhur fizik alim vətənə xəyanət ittihamı ilə saxlanıldı + FOTO

 

Rusiyanın "hipersəs" raket proqramında xaos yaşanır 

Rusiyanın "hipersəs" raket proqramının əsas təsisçilərindən daha biri həbs edilib. 

"Demokratikmusavat.com" Rusiya mətbuatına istinadla xəbər verir ki, "hipersəs" raket sistemlərinin inkişafı ilə bağlı araşdırmaları kordinasiya edən məşhur fizikaçı alim Andrey Şipilyuk dünən vətənə xəyanət ittihamı ilə saxlanılıb.

Məlumata görə, Şipilyuk son iki ayda vətənə xəyanət ittihamı ilə həbs edilən üçüncü rusiyalı alim olub.

Belə ki, bundan öncə proqramın baş tədqiqatçısı Anatoli Moslov "hipersəs" raketləri haqqında məxfi məlumatları başqa ölkələrə ötürməkdə ittiham edilərək, iyunun 27-də həbs edilmişdi.

Həmçinin Tədqiqatçı Dimitri Kolker Çin kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə həbsə məhkum edilmişdi. O, bir müddət sonra həbsxanada xərçəng xəstəliyindən dünyasını dəyişib.

0.21888303756714