Ər yazıq neyləsin, qapqara çirkin içində... Efirə qoymayacağıq - Elgiz Əkbər

 

"Məsuliyyət var, efirə, milyonların qarşısına çıxırsan. Axşamdan uşağı qəşəng çimizdirərəm, saçını darayaram, paltarını tər-təmiz yuyaram. Qapqara çirkin içində... mən məəttəl qalıram. Sonra gəlir deyir, "ərim belə dedi mənə". Ər yazıq neyləsin?"

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər proqramında çıxış edərkən deyib.

"İnsan bir özünə, evinə, geyiminə baxmaz?! Nə qədər qaşınmaya görə insanlar gəlir buraya. Başa su dəymirsə, qaşınacaq da. Saç, bədən yuyulmalıdır. Gör nə günə qalmışıq? 21-ci əsrdə ayıb bilirəm belə danışmağı. Amma məcbur oluruq. Başqa yolumuz yoxdur. Belə insanların sayı da çoxdur, zir-zibilin içində gəlir ki, efirə çıxmaq istəyirəm. Ona görə də biz qoymayacağıq", - aparıcı bildirib.

Fidan
Demokratikmusavat.com

0.18681406974792