Ukraynadan etiraf: Rusiyanın hansı raketlərini vurmaq çətindir

 

Bu, məhv edilməsi ən çətini “İsgəndər-M” ballistik raketidir.  Ruslar Ukraynanın dinc əhalisini terror etməkdə davam edir, şəhərlərə raket zərbələri endirirlər. Bizə uçan bütün raketləri götürsək , ən çətini “İsgəndər-M” ballistik raketidir.

 “Demokratikmusavat.com ” xəbər verir ki, bunu “kanal 24”ə açıqlamasında hərbi ekspert və “Defence Express”in baş redaktoru Oleq Katkov deyib.
Onun sözlərinə görə, ballistik hədəfin tutulması çox çətin işdir, çünki raket çox böyük sürətə malikdir və enmə bucağının 80-90 dərəcə olduğu yuxarıdan maksimum hücumlara malikdir. Bu o deməkdir ki, raket zədələnsə belə, yenə də hədəfə düşəcək.

O bildiirb ki “İsgəndər-M” raketi hətta NATO-nun ixtisaslaşmış hava hücumundan müdafiəsinə də qalib gəlmək üçün yaradılıb.

 S-300 raket kompleksi ilə “İsgəndəri-M” müqayisəsinə gəlkdikdə ekspert deyib, S-300-lər “İsgəndər-M”dən  müəyyən mənada zəifdir. Bu raketdən Ukraynada daha çox insanları qorxutmaq üçün istifadə edirlər. Çünki bu nisbətən zəif döyüş başlığına və bu səbəbdən də güclü  partlayıcılıq qabliyyətinə malik deyil.

Mürtəza
Demokratikmusavat.com

0.28969788551331