ABŞ nüvə silahı ilə bağlı son mövqeyini açıqlayıb

 

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin altıncı ayında pentaqon dünyada bütün nüvə silahlarının tamamilə məhv edilməsinin tərəfdarı olduğunu bəyan edib. Lakin buna mane olan amillərin olduğunu etiraf edib.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu BMT-də çıxışı zamanı ABŞ müdafiə nazirinin müavini Kolin Hal deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və Moskvadan gələn nüvə təhdidləri nüvə tərksilahına mane olur.

O, həmçinin qeyd edib ki, Çinin öz nüvə silahlarını modernləşdirməsi və genişləndirməsi, İranın nüvə silahı hazırlaması və Şimali Koreyanın yeni nüvə sınağı hazırlaması  nüvə silahının yayılmamasına öz mənfi təsirini göstərir. “Mövcud təhlükəsizlik mühitindəki çətinliklərə baxmayaraq, Birləşmiş Ştatlar nüvə risklərini azaltmaq üçün imkan daxilində digər nüvə silahına malik dövlətlərlə əlaqəni davam etdirəcək və biz bunu real gözləntilərlə edəcəyik”, - deyə o bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.24294400215149