Paralel.az " xəbər verir ki, kəskin ..."> Paralel.az " xəbər verir ki, kəskin ...">

Kəskin istilər minlərlə can aldı

 

Avropanın bəzi ölkələrində havanın temperaturu 45 dərəcəyə yüksəlib.

Demokratikmusavat.com xəbər verir ki, kəskin istilər nəticəsində ötən ay minlərlə insan həyatını itirib.

Qitədə temperatur iyulun ortalarında, xüsusilə də 18-20 iyulda pik həddinə çatıb.

İngiltərə və Almaniyada iyul ayında havanın temperaturu 40 dərəcə təşkil edib. İstilər səbəbindən quraqlıq, meşə yanğınları və havanın çirklənməsi artıb.

Almaniyada koronavirusun səbəb olduğu ölümlər istisna olmaqla, son 5 ildə 3 mindən çox ölüm qeydə alınıb. İngiltərədə isə eyni dövrdə 1180 nəfər ölüb.

Temperaturun 45 dərəcə olduğu İspaniya və Portuqaliyada iyulun ortalarında ölüm halları əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatıb.

İyulun ortalarında İspaniyada son 5 ilin ən aşağı göstəricisi olan 2 700 ölüm qeydə alınıb.

Ekspertlər kəskin istilərin iqlim dəyişikliyinin nəticəsi olduğunu vurğulayır.

0.20729517936707