Çinin atdığı raketlər Yaponiya sularına düşdü

 

Çinin Tayvan yaxınlığında keçirdiyi təlim zamanı atdığı 5 ballistik raket Yaponiyanın iqtisadi zonasına düşüb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Yaponiya müdafiə naziri Nobuo Kisi deyib.

O bildirib ki, bu, Çinə məxsus raketin Yaponiya sularına düşməsi ilə bağlı ilk faktdır:

“Bu, ölkənin və insanların təhlükəsizliyi ilə bağlı ciddi problemdir”.

0.22991991043091