Avropa Şurasının prezidenti Paşinyanla Qarabağdaki vəziyyətdən danışıb

 

Avropa Şurasının prezidenti Çarlz Mişel Qarabağ münaqişəsi zonasında son eskalasiya ilə əlaqədar Ermənistan və Azərbaycan liderləri ilə sıx təmasdadır.

"Demokratikmusavat.com" Euronews-a istinadən xəbər verir ki, bu barədə Aİ rəsmisi məlumat verib. 

Mişel artıq Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb və yaxın vaxtlarda Azərbaycan prezidenti İlham Əliyevlə danışacaq.

“Onun komandası və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar dialoq yolu ilə dərhal gərginliyin azaldılması və gündəmdə olan bütün məsələlər üzrə irəliləyiş əldə etmək üçün son günlər hər iki tərəflə sıx təmasda olub”, - deyə rəsmi mənbə əlavə edib.

0.25659203529358