Şinzo Abeyə qarşı sui-qəsdlə bağlı yeni detallar üzə çıxdı

 

Yaponiyanın keçmiş baş naziri Şinzonu Abeyə qarşı təşkil olunan sui-qəsdlə bağlı yeni detallar üzə çıxıb.

Demokratikmusavat.com “Kyodo” agentliyinə istinadla xəbər verir ki, Abeni öldürməkdə şübhəli bilinən Yamaqami Tetsuya hücumda istifadə etdiyi silahı hazırlamaq üçün “YouTube” videolarına baxıb.

Yamaqami polis rəsmilərinə hücuma hazırlaşarkən silahı obyektdə sınaqdan keçirdiyini deyib.
Yamaqaminin daha əvvəl də bomba hazırlamağa cəhd etdiyini qeyd edən müstəntiqlərdən biri hücumçunun əvvəlcə dini qrup liderinə hücum etmək istədiyini, daha sonra fikrini dəyişərək Abeni hədəf aldığını bildirib.

Qeyd edək ki, Yaponiyanın keçmiş baş naziri Abe iyulun 8-də ölkənin Nara şəhərində Liberal Demokrat Partiyasının namizədinin seçki kampaniyasına dəstək məqsədilə açıq hava tədbirində çıxışı zamanı sinəsindən güllə yarası alıb.

Yaponiya Dövlət Televiziyası NHK hücumdan sonra ağır yaralarla xəstəxanaya qaldırılan Abenin öldüyünü açıqlayıb.

Billurə

 

0.15435600280762