Dərəçiçəkdə atışma: erməni avtoritet öldürüldü

 

Ermənistanın Dərəçiçək mahalının (indiki Kotayk vilayəti) Saxkadzor yaşayış məntəqəsində atışma baş verib.

Demokratikmusavat.com Axar.az-a istinadla erməni mediasına istinadla xəbər verir ki, nəticədə 48 yaşlı Vardan Arakelyan (“Sri Vardan” ləqəbli avtoritet) qətlə yetirilib.

Bildirilir ki, ötən gün 21:20 radələrində polisə bir nəfərin çoxsaylı güllə yarasından ölməsi barədə məlumat daxil olub.

Arakeylayn VAZ markalı maşında öldürülüb.

0.16910290718079