Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Cənub yaşayış zonasında salınacaq 23 binalı yaşayış massivinin qalan 15 binasının inşası üzrə açıq tender elan edib.
Bu barədə Demokratikmusavat.com a idarədən bildirilib.
Məlumata görə, tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur. İnşası nəzərdə tutulan binalarnın 3-5 mərtəbəli olmaqla, şəhərin Baş planına uyğun və avto dayanacaqla təmin olunması nəzərdə tutulur.
Şirkətlər avqustun 9-na qədər hüquqi sənədləri, avqustun 18-nə qədər isə təklifi və təklifin təminatı sənədlərini isə idarəyə yollaya bilərlər.
Xatırladaq ki, iyunun 23-də Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub.