37 yaşlı qadın bıçaqlanıb - Şəmkirdə

 

Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb.

Demokratikmusavat.com "Report"un Qərb bürosunun verdiyi məlumatına əsasən xəbər verir ki,, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.

Şəmkir rayon sakini,1985-ci il təvəllüdlü Talehə Əliyeva Nizami qızı bədəninin müxtəlif nahiyələrindən çox saylı bıçaq xəsarətləri alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə qadının əridir.

Faktla bağlı araşdırmalara başlanılıb.

0.14821195602417