Arestoviç Lisiçanskın ələ keçirildiyini təkzib edib

 

“Tanınmış tiktokerin (Çeçenistan başçısı Ramzan Kadırov nəzərdə tutulur – red.) simasında Rusiya tərəfi Severodonetski təxminən 45 gün əvvəl aldıqlarını iddia etmişdi. Ay yarım çəkdi... Lisiçanskın mərkəzində deyillər, nəzarətə götürməyiblər”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç “Feygin Live” verilişinin yayımında bildirib.

“Amma oradakı vəziyyət təhdidedicidir. Hər şey bir-iki günə həll olunacaq”, - Prezident Ofisinin rəsmisi vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ukraynanın Luqansk vilayətində nəzarət etdiyi son şəhəri olan Lisiçanskın ələ keçirildiyini açıqlamışdı.

0.13870787620544