Bakıda ödənişli xidmətlərin dəyəri artıb

 

Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,1% artaraq 2 milyard 156,5 milyon manat olub.

Bu barədə “Demokratikmusavat.com ”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, hüquqi şəxslər əhaliyə 1 milyard 762,9 milyon manatlıq xidmət göstərib. Bu da xidmətlərin ümumi dəyərinin 81,8%-ini təşkil edib.

0.18905091285706