Ararat Mirzoyan Yunanıstana niyə getdi?

 

Siracəddin Hacı:

- Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Yunanıstana səfər etdi;
- Onu ən yüksək səviyyədə qarşıladılar – Yunanıstanın Prezidenti, Baş naziri, Xarici İşlər naziri ilə görüşdü, sənədlər imzaladı;
- Görüşün səviyyəsinin artırılması Yunanıstanın ehtiyacını, Ermənistana verilən dəyəri göstərir, Türkiyəni, Azərbaycanı sıxışdırmaq cəhdidir;
- Yunanıstanla Ermənistan ənənəvi müttəfiqdirlər, Azərbaycan Qarabağı zalımdan və zülmdən azad edərkən Yunanıstan Ermənistana siyasi, hərbi, diplomatik dəstək verdi;
- Ararat Mirzoyanla görüşlərdə üç əsas məsələ müzakirə olundu: Azərbaycan-Ermənistan münasibətləri, Ermənistan-Türkiyə münasibətləri, Yunanıstan-Türkiyə münasibətləri. Yunanıstan Ermənistana bütün məsələlərdə, o sıradan Qarabağ erməniləri ilə bağlı məsələdə tam dəstəyini ifadə etdi, Ermənistanı strateji müttəfiq adlandırdı, Ermənistan da hər zaman Yunanıstanın yanında olacağını bildirdi;
- Ararat Mirzoyanın səfəri o zaman gerçəkləşdi ki, Yunanıstan ABŞ və Fransanın dəstəyi ilə Türkiyəyə meydan oxuyur, qan-qan deyir. Ermənistan bu məqamda Yunanıstanın yanında görünərək, təbii ki, dəstəyini ifadə edir, ən əsası isə Türkiyədən güzəşt qoparmağa çalışır, belə ki, Türkiyə ilə Ermənistan danışıqları çox yavaş irəliləyir. Ermənistanın, özəlliklə Paşinyan hökumətinin Türkiyə ilə münasibətlərin yoluna qoyulmasına çox ehtiyacı var. Türkiyə Ermənistandan bunları istəyir: Zəngəzur yolu koridor olacaq, Azərbaycana qarşı iddialarından əl çək, barış müqaviləsini imzala. Ermənistan isə Türkiyəyə münasibətlə Azərbaycana münasibəti bir-birindən ayırmağa çalışır;
- Yunanıstan da Ermənistanı yanına alaraq Türkiyəni daha çox sıxışdırmaq istəyir – qeyd edim ki, Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünün yolunu açması Yunanıstan üçün gözlənilməz nəticə, ağır zərbə oldu;
- Yunanıstanla Ermənistanı ABŞ və Fransanın bir araya gətirdiyini də istisna etmirəm;
- Azərbaycan bəlli səbəbə görə - Qarabağ məsləsi tam həll olunmayıb – Kıbrısın müstəqilliyini tanımağı gecikdirir, ancaq Yunanıstanla Ermənistanın addımına cavab olaraq Ceyhun Bayramovu Kıbrısa göndərə, ya da Kıbrısın Xarici İşlər nazirini Azərbaycana dəvət edə bilər, göndərməli, etməlidir;
 

Demokratikmusavat.com

0.18218302726746