Conson: “Rusiya ilə NATO arasında gərginlik birbaşa toqquşmaya çevrilməyəcək”

 

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya ilə NATO arasında birbaşa toqquşmanın mümkün olmadığını deyib.

Demokratikmusavat.com xəbər verir ki, o hesab edir ki, NATO ilə Rusiya arasında gərgin münasibətlər birbaşa toqquşmaya çevrilməyəcək.

“Düşünürəm ki, bu həddə çatmayacaq. Təbii ki, biz məsələnin Ukrayna ilə məhdudlaşması üçün hər şeyi edirik”, - deyə o, çərşənbə axşamı jurnalistlərə bildirib. Brifinq Britaniyanın “Sky News” telekanalı tərəfindən yayımlanıb.

Eyni zamanda siyasətçi Moskvadan getdikcə artdığı iddia edilən təhlükəyə cavab verilməsinin vacibliyinə də diqqət çəkib.

0.24789500236511