Bakıda ərini öldürməkdə təqsirli bilinən Gülnar Vəlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokratikmusavat.com xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinyətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, bu il yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alıb və aparıldığı xəstəxanada ölüb.
Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.
G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.
Gütlüyün iki azyaşlı övladları var.
Natiq