4 minə yaxın şəxs nazirliyin iş təklifindən imtina edib - AÇIQLAMA

 

“Ümumilikdə 2972 şəhid ailə üzvü, 12 721 qazi, 80 mindən artıq müharibə iştirakçımız var. Biz bu şəxslərlə işi prioritet olaraq müəyyən etdik”.

Demokratikmusavat.comxəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib. O bildirib ki, bu günə qədər 17 min şəxslə bilavasitə iş aparılıb:

"12 188 şəxsi məşğulluq proqramına cəlb etmişik, 7771 nəfər özünüməşğulluq proqramına cəlb olunub, 4417 nəfər bu və ya digər şəkildə işlə təmin olunub. Bunlardan 2377 nəfəri məşğulluq marafonu çərçivəsində, 1000-dən artıq şəxs mövcud vakansiyalar üzrə, 805 nəfəri ictimai işlərdə işlə təmin edilib. 4 minə yaxın şəxs bizim təklif etdiyimiz işlərdən bu və ya digər səbəblərdən imtina edib. Bunun səbəbləri onların məşğulluqlarının mövcud olması və ya bu işlərə ehtiyaclarının olmamasıdır", - deyə qurum rəhbəri deyib.

0.15416598320007