Vergi azadolmaları və güzəştlərin siyahısı artırıldı

 

Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Demokratikmusavat.com xəbər verir ki, Məcəlləyə edilmiş dəyişikliklə gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırılıb.

Belə ki, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib.

0.18544316291809