Sabunçu rayonunda mübahisə etdiyi tanışı bıçaqlamaqda təqsirli bilinən Elvin Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokratikmusavat.com xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Məhəmməd Əkbərovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası iyunun 17-nə təyin olunub.
Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
1963-cü il təvəllüdlü Məmmədov Mirverdi Məmiş oğlu küçədə tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elvin Ağayev saxlanılıb.