Paralel.az " xəbər verir ki, bu barədə paylaşım edən həkimin ..."> Paralel.az " xəbər verir ki, bu barədə paylaşım edən həkimin ...">

Həkim-terapevtin anası öldü: “Qətl olduğunu düşünürük”

 

Həkim-terapevt Aysel Əskərovanın anası ölüb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə paylaşım edən həkimin iddiasına görə, anası öz əcəli ilə ölməyib, qarət məqsədilə öldürülüb: “Anamın pilləkəndən yıxılaraq həyatını itirdiyini dedilər. Biz bunun qarət məqsədilə törədilmiş qətl olduğunu düşünürük”.

O, məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə ötən gecə Lənkəranın Girdəni kəndində baş verib:

“Anam 1965-ci il təvəllüdlüdür. Bacımın qızı ilə yaşayırdı. Qız səhər oyanıb görüb ki, anamın üst-başı qan içindədir. İlkin məlumat olaraq onun pilləkəndən yıxılıb öldüyünü deyirlər. Amma biz buna inanmırıq, anamın üzərində xəsarət izləri var”.

Hüquq-mühafizə orqanlarından isə hadisənin araşdırıldığını bildiriblər.

0.14608883857727