Sumqayıtda tanışını öldürən şəxs hakim qarşısında 

 

Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Mahir Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokratikmusavat.com  xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmə hazırlıq iclası iyunun 24-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin fevralında Sumqayıt şəhərində qeydə alınıb.

Beləki, 1979-cu il təvəllüdlü M.Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1977-ci il təvəllüdlü Nazim Məmmədova xəsarət yetirərək onu öldürüb.

M.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

0.20304012298584