Ötən mövsüm Region Liqasının qalibi olan "Cəbrayıl"ın baş məşqçisi Cavid Hüseynov postunu tərk edib.
Demokratikmusavat.com -ın verdiyi məlumata görə, Hüseynov bundan sonra "Neftçi"də çalışacaq.
O, klubun U-19 komandasına baş məşqçi təyin edilib. Hüseynovun köməkçisi də bəllidir. Millimizin keçmiş üzvü Elhad Nəziri Cavidin yeni komandasında məşqçilər korpusunda yer alacaq.