“Azərbaycanda qadınlar arasında xəyanət artıb” – Sərdar Cəlaloğlu

 

"Məhkəmə boşanmış qadının uşaqlarını bir qayda olaraq anaya verir. Ana da qeyri- əxlaqi yol seçibsə, deməli, o uşaqların hamısının əxlaqı pozulur. Bu zaman ən azı qadının kimliyi əsas götürülsün. Valideynlik hüququnun müəyyən edilməsində qadında əxlaqı qüsurlar varsa, analıq hüququndan məhrum edilməldir". 

Demokratikmusavat.com xəbər verir ki, bunu Cebhe.info-ya Azərbaycan Demokrat Partiyasının sədri(ADR) Sərdar Cəlaloğlu qadın və kişi xəyanətindən, ailədəki zorakı hallardan danışarkən deyib. 

Partiya sədrinin sözlərinə görə, sübut olunub ki, insanlar nə qədər ağır sosial şəraitdə yaşayırsa, zorakılığa bir o qədər meyilli olurlar: 

"Azərbaycan teleməkanında elə yüksək ideyalı kinolar göstərilməlidir ki, belə şeylər azalsın. Azərbaycanda hansı televiziyasını açırsan, zorakılığı təbliğ edən filmlər görürsən. Halbuki, Avropa və Amerikada tamamən bunun əksidir. Yüksək humanist, insani və ailə dəyərləri aşılayan kinolar, verilişlər göstərilir". 

Sərdar Cəlaloğlu internet oyunlarının da uşaqlarda zorakılığına zəmin yaratdığını qeyd edib:

"Bir qayda olaraq bütün dünyada kişilər xəyanət edərdi. Qadınların xəyanət etməyi o qədər də geniş yayılmamışdı. Son illər Azərbaycanda qadınlar arasında xəyanətin artması göstərir ki, bizdə çox ciddi tərbiyə problemləri var. Ümumilikdə isə zorakılıq yaradan hər şeyin əleyhinəyəm. Bunlar zamanla, qanuniləşmiş şəkildə tənzimlənməlidir". 

0.15536284446716