"Səbail" klubu futbolçusu Tural Bayramlı ilə müqavilənin müddətini uzadıb.
Demokratikmusavat.com paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi daha iki il "dənizçilər"in formasını geyinəcək.
Qeyd edək ki, Tural Bayramlı yanvarın 13-dən "Səbail"də çıxış edir.